Modern.az

Ərdoğana qarşı lüt qızların aksiyası - FOTOLAR

Ərdoğana qarşı lüt qızların aksiyası - FOTOLAR

30 Mart 2014, 19:33

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada mənzillənən Beynəlxalq Qadın Hüquqları Təşkilatı - FEMEN Türkiyədə 30 mart seçkisilə əlaqədar etiraz aksiyası keçirib. Soyunmaqla tanınmış FEMEN qızlar bu dəfə İstanbulun mühafizəkar səmtlərindən olan Üsküdarda toplanıblar.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın səsverməyə gələcəyi məntəqədə FEMEN üzvləri soyunaraq seçki qutuları qoyulmuş masaya çıxıb, onun əleyhinə şüarlar səsləndiriblər. 

Çılpaq bədənlərinə şüarlar yazan 2 aksiyaçı səsvermə məntəqəsindəki polislər tərəfindən saxlanıb.

FEMEN lideri İnna Şevçenko aktivist qadınların Fransa vətəndaşı olduqlarını söyləyib.

Şevçenko "Ərdoğan əvvəlki seçkilərdə bu məntəqədə səs verdiyi üçün biz də etiraz nümayişimizi burada reallaşdırmağa qərar verdik" deyib.

Ancaq Baş nazir Ərdoğan bu seçkilərdə səsvermə üçün başqa məntəqəyə gedib.











Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU