Modern.az

Azərbaycanın "Eurovision-2010”da xərclədiyi vəsait rəsmən açıqlandı

Azərbaycanın "Eurovision-2010”da xərclədiyi vəsait rəsmən açıqlandı

Ölkə

3 İyun 2010, 14:47

st1:*{behavior:url(#ieooui) }

Bir neçə gün əvvəl “Eurovision-2010” mahnı müsabiqəsi başa çatdı. Osloda keçirilən finalda iştirakçısımız Səfurə Əlizadə 5-ci yeri tutsa da, media yazır ki, Azərbaycan bu yarışmada ən çox vəsait xərcləyən ölkə oldu. Hətta müsabiqəyə 30 milyon dollardan çox vəsaitin ayrılması ilə bağlı söz-söhbətlər yayılıb.

Amma Azərbaycanın “Eurovision-2010”dakı nümayəndə heyətinin rəhbəri Adil Kərimli bu gün keçirilən mətbuat konfransında deyilənləri təkzib edərək ölkəmizin xərclədiyi məbləği açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, Adil Kərimli deyib ki, Azərbaycan Eurovision-2010” müsabiqəsinə 1 milyon 560 min manat vəsait xərcləyib. Onyn sözləriə görə, bu yarışmaya dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb. A.Kərimlinin sözlərinə görə, xərclənən 1 milyon 560 min manat vəsaitin bir hissəsini İctimai Televiziya, bir hissəsini Dövlət Neft Şirkəti, bir hissəsini isə 2 sponsor ödəyib. O, deyib ki, həmin sponsorlar adlarının açıqlanmasını istəmirlər.

A.Kərimli bildirib ki, heç bir ölkə

“Eurovision-2010” mahnı müsabiqəsində xərclədiyi vəsaiti açıqlamır: "Mətbuatda yazılanlardan sonra qərara aldıq ki, şəffaflıq olsun deyə, Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki iştirakına xərclənən vəsaitin məbləğini açıqlayaq". A.Kərimli onu da deyib ki, Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki iştirakına ayrılan büdcə ötənilki iştirakın büdcədən 30 faiz az olub. Səfurə Əlizadə isə bildirb ki, o, qalib olmaq üçün əlindən gələni edib: "Mən 5-ci yerə də pis baxmıram. Əsas odur ki, mahnım və çıxışımla yadda qaldıb. Məncə biz 1-ci yerə layiq idik".

Günay Musayeva

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI