Media yazıçı Əkrəm Əylisli ilə zarafat edib. Bu gün 1937.az saytı başda olmaqla bəzi digər KİV-lər Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” əsərinə görə Azərbaycan xalqından üzr istədiyi barədə xəbər tirajlayıb. 1 aprel zarafatında qeyd edilir ki, Əkrəm Əylisli “Literaturnaya qazeta”da verdiyi müsahibədə əsərinin həm zəif, həm də təxribat xarakterli olmasını qeyd edərək, Azərbaycandan üzr istəyib.
Modern.az saytı 1 aprel zarafatına Ə.Əylislinin özündən münasibət öyrənib.
Medianın bu hərəkətini qeyri-ciddilik adlandıran yazıçı jurnalistlərin onunla belə davranmasına açıqlanıb. “Mənim 1 aprel zarafatları ilə aram yoxdu” deyən Ə.Əylisli jurnalistlərə ciddi olamağı məsləhət görüb.
Elmin Nuri