Modern.az

Aysel Teymurzadəyə ikiotaqlı ev verilmişdi, Səfurə Əlizadə hansı mükafatı alacaq?

Aysel Teymurzadəyə ikiotaqlı ev verilmişdi, Səfurə Əlizadə hansı mükafatı alacaq?

Ölkə

3 İyun 2010, 16:58

st1:*{behavior:url(#ieooui) }

Bu gün İctimai Televiziyada “Eurovision-2010” yarışmasına həsr olunan mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, mətbuat konfransında bu il  Azərbaycandan “Eurovision-2010” yarışmasında 5-ci yerə layiq görülən Səfurə Əlizadə, Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədli və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib ki, əldə edilən uğura görə çox sevinirlər: “Xaricdə yaşayan azərbaycanlılardan çox razıyıq. Düzdür, əvvəlcədən Azərbaycanın adı hər yerdə birinci səslənirdi. Təbii ki, bu rəylərdən sonra 5-ci yer tutmaq bizi təəcübləndirir. Ancaq onu da deyim ki, gərgin mübarizələrdən sonra 5-ci yerə sahib olmaq böyük bir mükafatdır. Bu bir yarışma idi. Burada ədalətsizlikdən danışmaq düzgün deyil. Hər kəs öz mövqeyi ilə çıxış etdi”. A.Kərimli “Eurovision-2010”da Azərbaycan təmsilçisi barədə gedən söz-söhbətlərə də aydınlıq gətirib: “Erməni mətbuatında gedən şaiyələrə əhəmiyyət vermək düz deyil. Hər hansı münsiflər heyətinə pul verib, onu ələ almaq ağlasığmaz bir şeydir. Bu sadəcə kimlərinsə marağındadır. Ona görə də belə söhbətlər yayırlar”.

Adil Kərimli deyib ki, Azərbaycan Eurovision-2010” müsabiqəsinə 1 milyon 560 min manat vəsait xərcləyib: “Əslində heç bir dövlət “Eurovision-2010” yarışmasına xərclədiyi pulları açıqlamayıb. Ancaq söz-söhbətlər gəzdiyinə görə, deyim ki, bu yarışmaya Azərbaycan dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb.  Xərclənən 1 milyon 560 min manat vəsaitin bir hissəsini İctimai Televiziya, bir hissəsini Dövlət Neft Şirkəti, bir hissəsini isə 2 sponsor ödəyib. Həmin sponsorlar adlarının açıqlanmasını istəmədikləri üçün bu barədə bir söz deyə bilməyəcəm. Onu da qeyd edim ki, 80-90% vəsaiti sponsurlarımız xərcləyib. Yarışmaya xərclənən bu ilki büdcə vəsaiti keçən ilki büdcədən 30% aşağı olub”.

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədli əldə edilən nailliyyətlərlə fəxr etdiklərini bildirib: “3 ildir ki, Azərbaycan “Eurovision-2010” yarışmasında top onluqdadır. Bu Azərbaycan musiqisinin gücü ilə bağlıdır. Və biz bu uğurumuza çox sevinirik”.

Səfurə Əlizadə yarışmada özünü layiqincə təmsil etdiyini bildirib: “Mən 5-ci yerə layiq görülməmi pis saymıram. Əsas odur ki, çıxışımla yadda qaldım. Mən xarici ölkələrdə olduğum zaman qarşıma çıxan hər kəs məni bəyəndiyini deyirdi. İnandırım sizi ki, yarışma zamanı mən gözləmə otağında çox həyəcanlı idi. Bəlkə də bu həyatımda ən ağır və həyacanlı saniyələr olaraq qalacaq. Bütün bunlara baxmayaraq, məncə biz birinci yerə layiq olmalı idik.

Amma ekstrasens olmadığım üçün səsverməni əvvəlcədən bilməzdim. Yenə də mən bu yeri tutduğum üçün çox sevinirəm”.

 

Adil Kərimli “Eurovision-2010” yarışmasında ifa ediləcək mahnılar üçün yerli bəstəkarlara da müraciət etdiklərini deyib: “Əlbəttə ki, yerli bəstəkarlara müraciət etmişdik. Ancaq bizə təqdim olunann  mahnılar yarışma üçün deyildi. Ona görə də xarici bəstəkarlara üz tutduq. Biz çox istərdik ki, növbəti “Eurovision-2011” yarışmasında Azərbaycan bəstəkarlarının yazdığı mahnı ifa edilsin”. A.Kərimli Səfurə Əlizadənin yarışmada göstərdiyi uğurlu nümayişinə görə mükafatlandırılacağını da qeyd edib: “Hazırda bununla bağlı müzakirələr aparılır. Əlbəttə ki, müfafat veriləcək. Bu çox uğurlu bir çıxış oldu. Amma bu məsələ ilə bağlı müzakirələr davam etdirilir. Hələlik dəqiqləşdirilməyib”.

Sonda Səfurə Əlizadə gələcək planları barədə də söz açıb: “5 il müddətinə İsveçə gedəcəm. Orada canlı vokal üzrə oxuyacam. Bu istiqamətdə kifayət qədər təcrübə topladıqdan sonra bütün xarici ölkələrdə konsert verməyi planlaşdırıram. Əlbəttə ki, öncə Azərbaycan da konsert verəcəm”.

  

Xatırladaq ki, “Eurovision-2009”dakı iştirakçımız Aysel Teymurzadəyə ötən il ölkə Prezidenti tərəfindən ikiotaqlı mənzil verilmişdi.

Günay Musayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI