Modern.az saytının xəbərinə görə, bu gün Akademik Dram Teatrında vida mərasimi keçirilən mərhum xalq yazıçısı İsa Hüseynovu bir çox ədəbi, mədəni və ictimai xadimlər son mənzilə yola salıb.
İsa Hüseynov I Fəxri Xiyabanda Cəlil Məmmədquluzadənin dəfn olunduğu cərgədə dəfn olunub.
Qeyd edək ki, martın 31-dən aprelin 1-ə keçən gecə qəfil ürək tutmasından vəfat edən İsa Hüseynovun ölümü ilə bağlı ölkə prezidenti də ailəsinə başsağlığı verib.
Elmin Nuri