“Mənim üçün İsa Hüseynov haqqında yazmaq Azərbaycan ədəbiyyatının 50-80-ci illərinin münaqişələr və intriqalarla dolu tarixini yazmaq deməkdir. Nə zamansa bunu, Allaha pənah, yazmalıyam. İsa ilə o zamanlarda tez-tez məktublaşırdıq və o məktublar durur. Haqqında çoxlu yazılarım var, indi isə kompüterin köməyilə 1961-ci ildən bəri olan gündəlikləmi vərəqləmək istəyirəm”.
Bunu Modern.az-a Moskada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseyn deyib.
“2009-cu ildə nəşr olunmuş “Ötənlər” adlı memuarlarımda onun haqqında çox az qeydlər var. Amma bunun sadə izahı var: sağ olan insan haqda bütün parlaq-qara həqiqətləri yaza bilməzsən. İsa Hüseynov yaxın yaradıcı əlaqələrimin olduğu ilk və həqiqi yazıçı idi. Onun rəsmi tənqidlə üzləşmiş “Yanar ürək” povestini qətiyyətlə müdafiə etmişəm. Mərhum yazıçı arvadı Firuzə xanımla mənimlə eyni binada yaşayırdı. O zamanlar rejissor Əjdər İbrahimovla birgə 22 Bakı komissarı haqda ssenari yazırdılar”.
Modern.az