Modern.az

Vətəndaş Həmrəyliyi Partiyasının yeni ofisi 300 min manata başa gəlib

Vətəndaş Həmrəyliyi Partiyasının yeni ofisi 300 min manata başa gəlib

Ölkə

4 İyun 2010, 15:07

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllədə yerləşən  yeni ofisə köçüb. Yeni ofis 6 mərtəbəli binadan ibarətdir. Bina partiyanın öz mülkiyyətidir. Bu binada VHP-dən başqa, Dünya Azərbaycanlıları Konqresinin (DAK) mərkəzi qərargahı fəaliyyət göstərəcək. Modern.az xəbər verir ki, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, yeni ofis 300 min manata başa gəlib. O, bu vəsaitin bir hissəsinin VHP-nin öz daxili imkanları və partiya üzvlərinin yaxın adamları hesabına toplandığını, bir hissəsinin isə kreditə götürüldüyünü söyləyib. S.Rüstəmxanlı deyib, ofisin tikintisi üçün torpağı dövlətdən alarkən hər hansı problemlə üzləşməyib. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI