Modern.az

Azay Quliyev yenə də QHT-lərə xəbərdarlıq etdi

Azay Quliyev yenə də QHT-lərə xəbərdarlıq etdi

4 Aprel 2014, 12:32

Modern.az-ın məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında deputat Azay Quliyev BMT Baş Assambleyasının Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq hüquqa səs verdiyini bildirib. O bu hadisənin Azərbaycan üçün çox mühüm seçim olduğunu vurğulayıb.

“Azərbaycan öz xarici siyasəti ilə beynəlxalq təşkilatlar qarşısında nə qədər ədalətli siyasət yürütdüyünü göstərdi. Bu, Azərbaycanın uğrudur”.

A. Quliyev XİN-in xaricdə Azərbaycanı təmsil edən millət vəkilləri ilə daimi görüşlər keçirilməsini təklif edib.

Deputat 1000-ə yaxın QHT-nin hələ də hesabatını QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etmədiyini də nəzərə çatdırıb.

Gültəkin ƏLƏSGƏR 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu