Modern.az

Oqtay Əsədov: “Bir adam ki öz milliyyətini dana, ondan nə gözləyəsən?!”

Oqtay Əsədov: “Bir adam ki öz milliyyətini dana, ondan nə gözləyəsən?!”

4 Aprel 2014, 13:56

“Rusiya Federasiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin növbəti sərsəm fikirləri Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub, eyni zamanda, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinə öz mənfi təsirini göstərir”.
Modern.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı dilə gətirib. O, təklif edib ki, V. Jirinovskinin hərəkətləri ilə bağlı Dövlət Dumasının rəhbərliyinə Azərbaycan parlamenti adından müraciət edilsin və bu müraciətdə həmin şəxsin hərəkətlərinin bu cür yanlış hərəkətlərinin, davranışlarının dayandırılması, qarşısının alınması tələb olunsun.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Jirinovski ilə bağlı hər hansı bir müzakirəyə və müraciətə ehtiyac yoxdur. “Jirinovskiyə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov tərəfindən çox tutarlı cavab verildi. Özünüz də görürsünüz ki, həmin gündən bu yana o heç nə danışmır. Bir adam ki öz milliyyətini dana, ondan nə gözləyəsən?!” – deyə spiker vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama