Modern.az

Şəmsəddin Hacıyevdən İqtisad Universitetindəki varlı balaları ilə bağlı AÇIQLAMA

Şəmsəddin Hacıyevdən İqtisad Universitetindəki varlı balaları ilə bağlı AÇIQLAMA

Ölkə

4 Aprel 2014, 16:29


Milli Məclisin Elm və təhsil siyasəti komitəsinin sədri Şəmsəddin Hacıyev İqtisad Universitetində yaradılan xüsusi istedadlılar qrupunda imkanlı şəxslərin övladlarının oxuması ilə bağlı məsələyə aydınlıq gətirib.

Millət vəkili Modern.az saytına açıqlamasında yayılan məlumatları təkzib edib. O bildirib ki, həmin qrupdakı uşaqların heç tərcümeyi-halı təqdim olunmur. Qrupda oxumaq istəyənlər  yalnız CV-lərini təqdim edirlər.

“Həmin qrup artıq öz nəticəsini də verib. Belə ki, həmin uşaqlar arasında artıq xarici ölkələrin yüksək reytinqli universitetlərində magistr pilləsini oxuyanlar da var. Onlardan bəziləri artıq xaricdə magistr pilləsini bitirərək İqtisad Universitetinin özündə çalışırlar”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var