Modern.az saytı xəbər verir ki, Almaniyada 18 milyon e-mail hesabına aid şifrələr oğurlanıb. Səlahiyyətlilər istifadəçilərin şifrələriylə bank və alış-veriş əməliyyatlarının həyata keçirilməsindən narahat olduqlarını bildiriblər.
Aşağı Saksoniya Əyalətinin Verden şəhəri Prokurorluğunun icra etdiyi istintaq əməliyyatı ölkədə meydana gələn ən böyük məlumat oğurluğu olduğunu ortaya çıxardıb.Der Spiegel jurnalının verdiy xəbərə görə, internet piratlarının ələ keçirdiyi e-poçt ünvanları və şifrələri arasında yalnız Almaniya deyil, müxtəlif ölkələrdə xidmət edən e-mail xidmət saytlarına aid hesablarda mövcutdur.
Qeyd edək ki, Almaniyada ötən ilin sonunda prokurorluq tərəfindən aparılan istintaq işində təxminən 16 milyon e-poçt ünvanı və şifrələrin oğurlandığı ortaya çıxmışdı.
Modern.az