Modern.az

Gəncədə yük və minik maşınları toqquşub, 6 nəfər ölüb - FOTO

Gəncədə yük və minik maşınları toqquşub, 6 nəfər ölüb - FOTO

5 Aprel 2014, 19:10

Azərbaycanın Gəncə şəhərində dəhşətli yol-nəqliyyat qəzası qeydə alınıb.

Hadisə bu gün saat 18:00 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib.

57 BT 795 dövlət nömrə nişanlı “VAZ-21015” markalı avtomobillə 40 BD 971 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları müəyyənləşdirilir.  /apa.az/  

Modern.az

 
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU