“Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyevin anası rəhmətə gedib. Məlumatı Modern.az-a jurnalistin yaxınları verib. Heç bir xəstəliyi olmayan mərhumə axşam yatıb və səhər yuxudan ayılmayıb. Cənazə dünən Masazır qəbirisitanlığında torpağa tapşırılıb.
Məlumat üçün bildirək ki, sabah Xırdalanda jurnalistin anası üçün üç mərasimi veriləcək. Saat 13:00-dan 14:00-dək qadınlar, 14:00-dan sonra isə kişilər yas mərasiminə gələ bilərlər.
Allah rəhmət eləsin.