- Markes xəstəxanaya yerləşdirilib.
- Gözüm aydın.
- Sən Qabriel Qarsia Markesi tanımırsan?
- Yox.
- Orxan Pamuku necə?
- Onu da tanımıram.
- Klod Simonu da...
- O kimdir?
- İndi deyəcək ki, Mo Yanı da tanımır.
- Vallah tanımıram.
- Sən Nobel mükafatı laureatı olanları tanımırsansa, bəs onda kimi tanıyırsan?
- Böyük romançı Məmməd Səid Ordubadini.
- O kimdir?
- Süleyman Rəhimovu.
- Tanıdım. Şamo Arifin atasını deyirsən? Anarla gecə-gündüz atışırdı. Anarı söyürdüsə bizim adamdı.
- Əli Vəliyevi necə?
- Afaq Məsudun babasıdır. Tanıyıram.
- Bəs İlyas Əfəndiyevi.
- Baş nazir Elçin Əfəndiyevin atasını deyirsən?
- “Dəli Kür” romanının müəllifi İsmayıl Şıxlını necə?
- Tanıyıram. Jurnalistlər İttifaqının sədri Elçin Şıxlının atasıdır.
- Mehdi Hüseyni, Vidadi Babanlını, Salam Qədirzadəni necə?
- Fuu... Mahir Qabiloğlu, sən lap çuşkaymışsan ki...