Koreya Xalq Demokratik Respublikasında 1,2 min məmur və onların ailə üzvləri edam olunacaq və xüsusi düşərgələrə göndəriləcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu proses Şimali Koreyanın yeni parlamentinin bu həftənin üçüncü kimi baş tutacaq sessiyasından sonra həyata keçiriləcək. Məlumatda qeyd edilir ki, ötən ilin dekabr ayında KXDR lideri Kim Çen Inın dayısı, uzun müddət bu ölkənin Dövlət Müdafiə Komitəsinə rəhbərlik edən Çan Son Txekanın edamından sonra ölkə rəhbərliyindəki 200-ə yaxın məmur və min nəfər ailə üzvləri sui-qəsddə şübhəli bilindikləri üçün həbs olunub.
Digər məlumatda qeyd edilir ki, parlamentin sessiyası açılandan sonra həbs düşərgələrinə göndəriləcəklər. KXDR hakimiyyəti ölkə ərazisində həbs düşərgələrinin ərazisini də genişləndirir. Məsələn, Xvasonqdakı düşərgələrin sayı 16-ya və Çjondjin əyalətində isə 25-ə çatdırılıb. Bu düşərgələrə göndərilən adamların oradan sağ qayıtması isə mümkün deyil.
Modern.az