Modern.az

Kliçko Ukrayna-Rusiya sərhədinin bağlanmasını istəyir

Kliçko Ukrayna-Rusiya sərhədinin bağlanmasını istəyir

Dünya

7 Aprel 2014, 14:51

“UDAR” Partiyasının lideri Vitali Kliçko Ukraynanın Rusiya ilə sərhədinin “siyasi turistlər” üçün bağlanmasına çağırıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda onun mətbuat xidməti məlumat yayıb: “Güc strukturlarının bütün rəhbərləri şərqdə olmalıdır. Vəziyyəti yubanmadan nəzarətə almaq lazımdır. Biz Krım ssenarisinin təkrarlanmasına yol verməməliyik. Qastrola gələnlər belə “referendum” tələb edə bilərlər”.

Kliçko eyni zamanda milisin fəaliyyətsizliyindən narahatlığını vurğulayıb: “Niyə milis administrativ binaların zəbt olunmasını müşahidə edir. Kifayət qədər tez və sərt hərəkət etmək lazımdır. Bundan başqa, separatçılıqla məşğul olan “yerli avtoritetləri” müəyyənləşdirib məsuliyyətə cəlb etmək lazımdır”.



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü