Ukrayna prezidenti səlahiyyətlərini icra edən və Ali Radanın rəhbəri Aleksandr Turçinov Luqansk, Donetsk və Xarkov vilayətlərində baş verənləri Rusiyanın bu ölkədəki situasiyanın gərginləşdirmək üçün xüsusi əməliyyatı adlandırıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, Turçinovun iddiasına görə separatçıları Rusiya Federasiya xüsusi xidmət orqanları yönləndirir. Spikerin sözlərinə görə, Rusiya aprelin 6-da Ukraynanın Şərqində xüsusi əməliyyatlar keçirməklə prezident seçkilərini pozmağa və ölkəni hissələrə bölməyə başlayıb: “Dünən Rusiyanın Ukraynaya qarşı xüsusi əməliyyatının ikinci dalğası başlayıb, məqsəd ölkədəki situasiyanı qızışdırmaq, Ukrayna hakimiyyətini devirmək, seçkini pozmaq və bizim dövləti hissələrə parçalamaqdır”.
Turçinov buna qədər ölkənin şərqində terror əleyhinə tədbirlərin keçiriləcəyi anonsunu da verib.
Modern.az