Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib. Hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.
Modern.az saytı APA-ya istinadən xəbər verir ki, səngərbərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər. Ordumuzun daha bir-neçə hərbçisinin agır yaralandığı bildirilir.
ANS-in məlumatına görə, yaralanan əsgərlərin sayı 4 nəfərdir.
***
Hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.
***
Azərbaycan Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə zamanı 6 əsgər yaralanıb, 3 hərbçi həlak olub:
Həlak olan hərbi qulluqçular:
- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;
- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;
- əsgər Abdullayev Novruz Qurban oğlu.
Yaralı hərbi qulluqçular:
- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;
- əsgər Mirzəyev Alı Pənah oğlu;
- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;
- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;
- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;
- əsgər Talıbov Emin Talıb oğlu.