Modern.az saytı xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul üçün keçirilən ilk sınaq imtahanının nəticələrinin elan olunma vaxtını açıqlayıb. 6 aprel tarixində keçirilmiş sınaq imtahanının nəticələri aprelin 10-da axşam saatlarında elan olunacaq.
Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələrini öyrənmək üçün iş nömrəsini 7727 nömrəsinə göndərə və ya nəticələri ilə TQDK-nın internet saytına daxil olaraq tanış ola bilərlər. Aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün sınaq imtahanı keçirilib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevr, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub.
İlkin statistik məlumatlara əsasən, imtahanda 49000-dən artıq abituriyent iştirak edib.
Misranə Həsənzadə