Modern.az

Cəbhədəki qanlı hadisəyə görə cinayət işi açıldı - 2 yaralı Bakıya gətirildi

Cəbhədəki qanlı hadisəyə görə cinayət işi açıldı - 2 yaralı Bakıya gətirildi

Ölkə

8 Aprel 2014, 14:12

Azərbaycan Ordusunun 3 hərbçisinin ölümü, 6-sının yaralanması ilə nəticələnmiş hadisəyə görə cinayət işi açılıb. Bu barədə Modern.az saytına Müdafiə Nazirliyindən məlumat verilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanmış hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub.
Təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
Hazırda müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, hadisə nəticəsində 1 zabit, 2 əsgərimiz həlak olub, 6 əsgərimiz isə yaralanıb.

Həlak olan hərbi qulluqçular:

- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;
- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;
- əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:

- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;
- əsgər Mirzəyev Alı Pənah oğlu;
- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;
- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;
- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;
- əsgər Talıbov Emin Talıb oğlu.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi