NATO-nun baş katibi Anders Foq Rasmussen hesab edir ki, əgər Rusiya Ukraynanın şərqindəki situasiyaya müdaxilə edərsə, ciddi tarixi səhv buraxacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Parisdə keçirdiyi mətbuat konfransında deyib: “Rusiyanın bu müdaxiləsi bizim Rusiya Federasiyası ilə əlaqələrimizə təsir edəcək və Moskvanın növbəti beynəlxalq təcridinə gətirib çıxaracaq”.
NATO-nun baş katibi bir daha Rusiyanı Ukraynadakı vəziyyəti gərginləşdirməməyə çağırıb.
Xatırladaq ki, aprelin 6-dan Ukraynanın şərqində vəziyyət gərginləşib, Rusiya tərəfdarı olan silahlı fəallar Xarkov, Luqansk və Donetskdəki administrasiya binalarını ələ keçiriblər.