Türkiyənin tanınmış din adamı Fəthullah Gülənin paralel təşkilat layihələrində uzun illər iştirak edən Əhməd Keleş “camaatın lideri” haqda bilinməyən gerçəkləri ilk dəfə açıqlayıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın uzun müddətdir onsuz da həmişə siyasətin içində olduğunu, Gülənin dünyanı fəth etmə məqsədi güddüyünü qeyd edən Əhməd Keleş onun illər əvvəl Aydın Mendereslə partiya qurmaq istədiyini söyləyib. Keleşin sözlərinə görə, bu, Gülənin siyasətin içində olması, xaricə açılma dövrlərinin və Türkiyədə fövqəladə məşhurluğunun meydana gəldiyi 1993-94-cü illər idi:
“Mən daha Kayseridən hələ bu tərəfə keçməmişdim. Orta Anadolu bölgəsindəydim. Zənn edirəm ki, Türkiyə bunu ilk dəfə məndən eşidir. Rəhmətlik Aydın Mendereslə bir partiya qurma təşəbbüsü vardı. Camaatın ilk dəfə partiya qurma təşəbbüsü rəhmətlik Aydın Mendereslə olub”.
Əhməd Keleş deyib ki, Gülənin məqsədi Menderes vasitəsilə bir partiya qurmaq, bu partiyadan arxa planda olmağı və oradan idarə etməyi istəyib: “Fəthullah Gülənin çox əhəmiyyətli bir xüsusiyyəti də budur; o həmişə arxada dayanmaq istərdi. İstərdi ki, geridə dayansın, riski boynuna götürməsin, amma bütün əməliyyatları edə bilsin”.
Onun sözlərinə görə, Fəthullah Gülən siyasi partiya qurmaq məsələsində Aydın Mendereslə razılaşıbmış: “Bir partiya quracaqdı. Amma çox az kimsənin bildiyi mühitdə görüşlər keçirildi. Bundan sonra keçiriləcək ilk seçkilərdə bu partiya seçkilərə girəcəkdi. Seçkilərə az qalmışdı, Anadoluda təşkilatlanmanın sürətli getməsi üçün də “Zaman” qəzeti bürolarını seçki bürosu olaraq istifadə edəcəkdik. Onu Kayseridə də mən gəzdirmişdim, Orta Anadoludakı quruluşlalarımızı və güclülüyümüzü gördü. Və son görüşmələrində rəhmətlik Aydın Menderesdə psixoloji olaraq bir qorxu, bir utancaqlıq vardı, risk almaq istəmirdi. Bir şey edəcəksə, onun yüzdə yüz faiz müvəffəqiyyətli olmasını istəyirdi. Bu səbəbdən Fəthullah Gülənə şərti bu idi: Partiya qursam iqtidar olmam qəti deyilmi? Camaat qəti bir söz verə biləcək bir vəziyyətdə deyildi. Aydın Menderes Camaatdan və Fəthullah hocadan da belə bir qətilik sözünü və zəmanətini ala bilməyincə, "düşünüm" deyə getdi. Sonra “İmtina etdim" xəbərini göndərdi.
Gülən də qərar alaraq hamımıza belə bir şey söylədi: Bu məsələlər nə danışıldı, nə deyildi, nə eşidildi, sildik hafizlərimizdən. Eləcə qaldı.”
Modern.az