Modern.az

Ötən il Azərbaycanda dünyasını dəyişən insanların rəsmi SAYI - 54383 nəfər

Ötən il Azərbaycanda dünyasını dəyişən insanların rəsmi SAYI - 54383 nəfər

Ölkə

10 Aprel 2014, 10:01

Hər gün insan ölümü ilə nəticələnən bədbəxt hadisələrlə  bağlı xəbərlər eşidirik. Artıq hər günümüzü bu xəbərlərlə açırıq desək, yalan olmaz. Təbii ki, ölüm halları daha çox avtomobil qəzalarının payına düşür. Bəlkə də hər gün avtomobil qəzasında ölənlərin sayı öz əcəli ilə ölənlərdən qat-qat çoxdur.

Modern.az-ın Dövlət Statistika Komitəsinə göndərdiyi sorğuya cavab da bunu təsdiq edir.

Komitədən Modern.az-a verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda 54 min 383 nəfər dünyasını dəyişib. Onlardan 1164 nəfəri avtomobil qəzasının qurbanı olub. Bədbəxt hadisə ilə yanaşı, müxtəlif xəstəliklər səbəbindən ölüm halları da baş verir. Qan dövranı sistemi xəstəlikləri isə həmişə olduğu kimi ötən il də daha çox can alan xəstəliklərdən olub.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi