Bəzi xəbər portallarında yayılan məlumatlara görə xalq yazıçısı Anarın "Səhra yuxuları" əsərinin səhnələşdirilməsinə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov tərəfindən qadağa qoyulub. Və bundan sonra guya xalq yazıçısı Mədəniyyət və Turizm nazirinə müraciət etsə də, məsələ öz həllini tapmayıb.
Modern.az saytı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xalq yazıçısı faktı tam təkzib edib. Sədr məsələyə qısaca olaraq bu cür cavab verib:
“Mən bu əsərlə bağlı nə İsrafil İsrafilova, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişəm."
Elmin Nuri