Modern.az

Azərbaycanda 798 domen ləğv olunub

Azərbaycanda 798 domen ləğv olunub

11 Aprel 2014, 09:48

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə, ilin əvvəlində ləğv olunan domenlərin sayı 798, ilin əvvəlində qeydiyyata düşən domenlərin sayı isə  2417-dir. Hazırda cəmi 22344 domen qeydiyyatdadır.

Sıralamaya görə isə bunların içərisində ən çox üstünlük təşkil edən domen göstəricisi 20888 olan “Az”domenidir. Daha sonra “com.az” - 873, “edu.az” - 181, ”org.az” - 122, ”net.az” - 69, ”co.az” - 60, “int.az” - 42, “pp.az” - 36 istifadəçi ilə sıralanırlar.

Qeyd edək ki, Domen Adlar Sistemi (DNS) istifadəçilərə internetdə tez bir zamanda öz ünvanını tapmağa kömək edir. Hər bir komputer Ümumdünya Şəbəkəsində unikal ünvana-telefon nömrəsinə bənzər müəyyən olunmuş forrmatda rəqəmlər toplusuna malikdir. Bu İP ünvanı adlanır. (IP stands for "Internet Protocol"). İP ünvanlar yadda saxlamaq üçün çətindir. DNS bunu hər bir ünvana müəyyən məna daşıyan (domen ad) simvollar sətiri verməklə asanlaşdırır. Belə sətiri sirrli İP ünvanını yadda saxlamaqdan asandır. Belə ki, 217.14.96.114 yığmaq əvəzinə, birdəfəlik www.az yazmaq olar.

 

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi