Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 8-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 7-12 m/s olacaq, gündüz cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcəyə çatacaq.
İyunun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gündüz arabir 16-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 21-23 dərəcə isti, gündüz 30-33 dərəcə isti təşkil edəcək.
İyunun 10-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq, arabir 18-20 m/s-dək güclənəcək, gündüz şimal-şərq küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 22-24 dərəcə isti, gündüz 30-33 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyunun 8-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, səhər ayrı-ayrı yerlərdə dumanlı keçəcəyi, lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
9-10 iyunda gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyinin surəti 5-10 m/s olacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.