Modern.az

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın saytı yaradılıb

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın saytı yaradılıb

Ölkə

7 İyun 2010, 19:57

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyindən Modern.az saytına verilən məlumata görə, icma üçün inşa olunan yeni bina demək olar ki, artıq hazır vəziyyətdədir.  

Verilən məlumatda o da qeyd edilir ki, indiyədək icmanın binası olmadığından müəyyən problemlər yaranırdı: “İnsanlar hara, necə müraciət edəcəklərini bilmirdilər. Artıq problem öz həllini yaxın vaxtlarda tapacaq. İcmanın binası yaxın zamanlarda hazır olacaq. Qarabağ əhalisinin nə çətinliyi olsa, bura gəlib müraciət edə biləcək”. İcmadan saytımıza verilən məlumata görə, qurumun yeni qərargahının açılışında Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

Yeri gəlmişkən, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin internet saytı da yaradılıb. Qərargahın açılış günü saytın da təqdimatı olacaq. Digər məlumata görə, icma özünün nö

vbəti qurultayına hazırlaşır. Hələlik qurultayın vaxtı müəyyənləşdirilməyib. Çox güman ki, qurultay qurumun qərargahı istifadəyə veriləndən sonra keçiriləcək. Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI