Modern.az

Ceyhun Osmanlıdan ŞOK addım - deputat orqanlarını bağışlayıb

Ceyhun Osmanlıdan ŞOK addım - deputat orqanlarını bağışlayıb

11 Aprel 2014, 17:19

Azərbaycanda daha bir deputat ölümündən sonra daxili orqanlarını bağışlamaq haqqında vəsiyyət edib. Bu, son günlər adı medianın gündəmindən düşməyən və nurçuluq təriqətinə qoşulduğu iddia olunan Ceyhun Osmanlıdır. Məlumatı Modern.az saytına müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.

Mircəlal Kazıminin sözlərinə görə,ilk olaraq  ötən ilin əvvəlində millət vəkili Qənirə Paşayeva özünün daxili orqanlarının bağışlanmasına razılıq verib. Xanım deputat hətta bu barədə vəsiyyatnamə də yazıb və mediada nümayiş etdirib.
Daha sonra bir neçə ayrı-ayrı vətəndaş da oxşar addım atıb. Və orqanlarını bağışlayanlardan birinin də Milli Məclisin üzvü Ceyhun Osmanlı olduğu müəyyənləşib.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama