Modern.az

Siyasilərin elmi fəaliyyəti - Siyasətdə əriyən İsa Qəmbər

Siyasilərin elmi fəaliyyəti - Siyasətdə əriyən İsa Qəmbər

15 Aprel 2014, 10:06

Modern.az saytının “Siyasilərin elmi fəaliyyəti” rubrikasında növbə Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. 

Alim valideynlər

Müsavat başqanı İsa Qəmbər 1957-ci ildə Bakıda anadan olub. 1964-cü ildə Bakıda 62 saylı orta məktəbə daxil olub, 1974-cü ildə isə oranı bitirib. Elə həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olub və 1979-cu ildə oranı bitirəndən sonra elmi fəaliyyətə başlayıb. Universitetdən sonra birbaşa akademiyaya təyinat alan İsa Qəmbər İran, Türkiyə və Yaxın Şərqdəki siyasi hadisələri tədqiq etməyə başlayıb. Təsadüfi deyil ki, onun namizədlik dissertasiyasının mövzusu da “1978-79-cu ildə İran inqilabı” olur.
İ.Qəmbər 1980-ci illərin əvvəllərində dissertasiya işini müdafiə edəndən sonra elmlər namizədi dərəcəsinə layiq görülüb. Amma İsa Qəmbər ailəsinin ilk alimi olmur. Belə ki, o, gözünü açandan məhz, alim ata və ananın təsiri ilə formalaşıb. Atası kimyaçı, professor Yunis Qəmbərov 1959-62-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin) yarandıqdan sonra o, "Piroliz" laboratoriyasına müdir təyin edilib. 1973-cü ildə Olefinlər İnstitutunda "Karbohidrogen monomerləri" şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib. 1990-cı illərdə həmin institutun direktoru olub.
Y.Qəmbərov 1960-cı ildə kimya elmləri namizədi almaq üçün "Neft fraksiyalarının və bəzi fərdi karbohidrogenlərin termiki parçalanmasının tədqiqi" mövzusunda namizədlik, 1968-ci ildə isə texnika elmləri doktoru dərəcəsi almaq üçün "Pirolizin səmərələşdirilmiş şəraitində aşağı molekullu doymamış və aromatik karbohidrogenlərin alınması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Anası Tahirə Qəmbərova isə kimya elmləri namizədi olub.

“Əlvida,  Peterbörg”

İsa Qəmbər  nədən kimya yox, humanitar istiqamətə qədəm qoymasını belə səciyyələndirib:
“Onun­cu si­nif­də oxu­yan­da uni­ver­si­te­tin fi­zi­ka fa­kül­tə­si­nə ha­zır­la­şır­dım. Fi­zi­ka-ri­ya­ziy­yat sa­hə­si­nə çox fi­kir ve­rir­dim. Ev­də də ha­mı o fi­kir­də idi. Mək­tə­bi qur­ta­rıb ka­mal ates­ta­tı al­dı­ğım gün­lər­də qə­zet­lər­də dərc edil­miş bir elan oxu­dum. Öl­kə­nin, yə­ni "SSRİ-nin müx­tə­lif şə­hər­lə­rin­də təh­sil al­maq üçün im­kan­lar ya­ra­dı­lıb". Ba­kı­da im­ta­han ver­mək şər­ti ilə Sankt-Pe­ter­burq Uni­ver­si­te­tin­də öl­kə­şü­nas­lıq fa­kül­tə­sin­də Azər­bay­ca­na bir ne­çə yer ve­ri­lib. İran-Tür­ki­yə üz­rə öl­kə­şü­nas­lıq fa­kül­tə­si ye­ri ay­rı­lıb. Mən­ də o vaxtlar Şər­qə bö­yük ma­raq ya­ran­mış­dı. Sə­nəd­lə­ri­mi ora ver­dim. İm­ta­han­lar­dan üç “5” al­dım. Ya­zı­lı ədə­biy­yat im­ta­ha­nın­dan “3” yaz­mış­dı­lar. "Yaz­mış­dı­lar" ona gö­rə ki, mən hə­mi­şə ədə­biy­ya­tı yax­şı bil­mi­şəm və hə­min ya­zı­ya ən pis hal­da “4” ver­mək müm­kün idi. “3” ve­ril­mə­si onun­la bağ­lı idi ki, tap­şı­rıq­sız Sankt-Pe­ter­burq Uni­ver­si­te­ti­nə da­xil ol­maq müm­kün­süz ol­sun. Üç ye­rə 20-dən ar­tıq abi­tu­ri­yent əri­zə yaz­mış­dı. İki nə­fər mən­dən da­ha yu­xa­rı bal top­la­mış­dı. Bir nə­fər isə mə­nim­lə ey­ni bal top­la­mış­dı. An­caq onu gön­dər­di­lər. Mə­nə isə Moskva Döv­lət Uni­ver­si­te­ti­nin fi­lo­lo­gi­ya, Do­netsk Uni­ver­si­tet­nin hü­quq fa­kül­tə­si­nə get­mə­yi tək­lif et­di­lər. Əks təq­dir­də, Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin ta­rix fa­kül­tə­sin­də təh­sil ala bi­lər­dim. Mən ta­rix fa­kül­tə­si­ni seç­dim”.

Düşmən basan alim

Daha sonradan özünü tam olaraq siyasətə həsr edəcək İsa Qəmbər 1979 -1982-ci il­lər­də Azər­bay­can EA Nax­çı­van Elm Mər­kə­zin­də, 1982 -1990-cı il­lər­də Şərqşü­nas­lıq İnsti­tu­tun­da ki­çik el­mi iş­çi, el­mi iş­çi və­zi­fə­lə­rin­də ça­lışır. Amma geniş ictimaiyyət onu  1985-ci ilin yan­va­rın­da, Zo­ri Ba­la­ya­nın "Ocaq" ki­ta­bı­na yaz­dı­ğı ca­vab­la (“Antiocaq”) tanımağa başlayır. Siyasi hadisələri diqqətlə izləyən İsa Qəmbər Zori Balayanın kitabına emosiya pəncərəsindən qışqırmır. Konkret arqumentlərlə, tarixi dəlillərlə müəllifi ifşa etməyə çalışır.  “Erməni xalqının tarixinin özəlləşdirilməsi”,  "Böyük Ermənistan" ideyası, başqa sözlə, ərazi iddiaları”, “Erməni xalqının “müstəsnalığı ” haqqında”, “Balayanın güddüyü məqsədlər” adlı dörd punktdan ibarət olan yazı əslində ayrı-ayrılıqda 4 elmi məqalə kimi dəyərləndirilməlidir.

Orada İ. Qəmbər yazır:  “Balayan tarixi üz sələflərinin çoxdan tərtib edib sınaqdan keçirdikləri aşağıdakı resept üzrə saxtalaşdırır:
- erməni xalqının tarixini qədimləşdirmək,
- "Böyük Ermənistan", "Dənizdən-dənizə Ermənistan" ideyasını əsaslandırmaq,
- erməni xalqının müstəsnalığını sübuta yetirmək.

Saxtalaşdırmanın bu əsas tendensiyaları bir-biri ilə çulğaşaraq yeni yönlər kəsb edir. Bu dolaşıq kələfi açmağa, hər bir tendensiyanı ayrılıqda iri planda nəzərdən keçirməyə və müəllifin fövqəlvəzifəsinə çevrilmiş başlıca məqsədləri aydınlaşdırmağa çalışaq.”

İ.Qəmbər həmin cavabı məhz, bu məqsəd naminə yazır.

Başqan İsada əriyən alim İsa

Bu hadisə onun siyasətə daha dərindən bağlılığını yaradır. Beləliklə, dövrün aktiv siyasi hərəkatına qoşulan alim başqaları kimi elmi tərk edir. Doktorluq dissertasiyası ilə həyata keçməmiş qalır. Çünki 1990-cı illərin əvvəllərində o, artıq partiya mənsubu və yüksək vəzifənin sahibi idi. Müsavat Partiyasının Divan üzvi, dosent Nüşabə Sadıqlı da İ. Qəmbərin elmi fəaliyyəti barədə bunları deyir:
“İsa bəy Akademiyanın kadrı idi. Orada çalışanda çox dəyərli elmi məqalələri var yazdı. Elə sonradan da bunları davam etdirdi. O, ki qaldı doktorluq müdafiəsinə, xeyr, İsa bəy doktorluq müdafiə etmədi. Elmlər namizədi idi. Ondan çox dəyərli elmi məqalələr qalıb”.

Təbii ki, siyasi girdablara düşən adamı doktorluq maraqlandırmır. Siyasətin də öz meyarları var ki, ona qoşulan mütləq bunlara əməl etməlidir. Amma bir müqayisəni bərabər aparaq: hansı daha səmərəli idi: elmlər namizədi olaraq yad qüvvələrə cavab verən elmi məqalələr, kitablar, yoxsa Müsavat başqanı olaraq hakimiyyət uğrunda mübarizə?

Hər halda ikincinin qalibiyyəti bir alimi əritmiş oldu.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi