Modern.az

Siyavuş Novruzov Milli Məclis üzvlərinin Putinə müraciətini dəstəklədi

Siyavuş Novruzov Milli Məclis üzvlərinin Putinə müraciətini dəstəklədi

15 Aprel 2014, 16:22


“Hər bir vətəndaşın, o cümlədən deputatın azad fikir söyləmək hüququ var. Bu yöndə yəqin ki, həmin şəxslər düzgün hesab etdiyi fikirlərini ifadə edib”. Bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Siyavuş Novruzov deputat həmkarları Eldar İbrahimov, Mixail Zabelinin Rusiya ilə bağlı sərgilədiyi mövqeyi şərh edərkən  deyib. O, Azərbaycan Demokrat Partiyasının  (ADP) sözügedən deputatları buna görə tənqid etməsinə münasibət bildirib.

S. Novruzovun sözlərinə görə, hansısa partiyanın şikayəti varsa, Milli Məclis rəhbərliyinə müraciət edə bilər.
“Eldar İbrahimov və Mixail Zabelin Vladimir Putinə müraciət edirsə, burda qeyri-adi bir şey yoxdur. Eldar İbrahimov heç də pis fikir söyləməyib. O, Rusiyaya müraciət edib ki, başqa yerlərdən torpaq alırlarsa, Azərbaycanın əzəli torpaqlarını da geri qaytarmaq istiqamətində iş görə bilər. Burada heç bir qadağan olunan məsələ yoxdur”, – deyə komissiya sədri söyləyib.

Qeyd edək ki, Milli Məclisin deputatı Eldar İbrahimov Rusiya prezidenti Vladimir Putinə Azərbaycanın tarixi torpaqlarını geri qaytarmaqda kömək etməklə bağlı müraciət ünvanlayıb. Daha sonra rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin də Rusiyaya icma adından müraciət edəcəklərini bildirib.
ADP rəhbərliyi isə deputatların bu addımlarını dövlətçiliyə zidd hesab edərək, Milli Məclisi ölçü götürməyə çağırıb.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama