Modern.az

Ekspert: “Bələdiyyələrin səlahiyyətləri artırılmasa, seçkiyə maraq azalacaq”

Ekspert: “Bələdiyyələrin səlahiyyətləri artırılmasa, seçkiyə maraq azalacaq”

İqtisadiyyat

16 Aprel 2014, 11:22

“Bələdiyyə seçkilərinə qədər qanunvericillikdə dəyişikliklər mütləq olmalıdır. Əks halda bələdiyyə seçkilərinə maraq daha da azalacaq”. Bunu Modern.az-a Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının sədri Abil Bayramov deyib.

Onun fikrincə, hazırda bələdiyyələr real hakimiyyət inistitutları kimi formalaşa bilməyiblər, vətəndaşlara keyfiyyətli ictimai xidmətlər göstərə bilmirlər: “Bunun əsas səbəbi bələdiyyələrin səlahiyyətləri və maliyyə resurslarının kifayət qədər məhdud olması ilə bağlıdır. Bu problemin həli üçün bələdiyyələrin səlahiyyətləri artırılmalı, maliyyə potensialının genişləndirilməsi istiqamətində islahatlar aparılmalıdır. Güman edirəm ki, hansısa dəyişikliklər mütləq baş verəcək. Bu baş verməsə, bələdiyyə seçkilərində ötən ilkilərlə müqayisədə seçicilərin fəallığı daha da az olacaq”.

Ekspert hesab edir ki, əslində Azərbaycanda mer inistitutunun yaradılmasında qeyri-real heç nə yoxdur: “Güman edirəm ki, mer inistitutunun yaradılması bir qədər də gecikib. İnzibati ərazi quruluşu haqqında qanunvericilikdə qeyd olunub ki, paytaxt  haqqında ayrıca qanun qəbul olunmalıdır. Həm də Avropa Şurasının yerli və regional hakimiyyətlər konqresinin Azərbaycana ünvanlanan iki tövsiyəsində bu məsələ xüsusi qeyd olunub. Hər iki tövsiyədə Azərbaycan hökumətinə paytaxt Bakıya özünüidarə hüququnuun verilməsi tövsiyə olunur. Bunun bu il ərzində gerçəkləşəcəyini demək çətindir, amma hər halda mütləq bu sahədə hansısa dəyişikliklər baş verməlidir.”

QHT sədri bildirir ki, Bakıya ayrıca özünüidarə hüququ veriləcəksə, artıq burada yerli hakimiyət qurumları seçki ilə forrmalaşdırılacaq: “Bu baxımdan hansı təşkilati strukturda hansı forma seçiləcəyini indidən demək çətindir. Amma hər bir halda hansı forma seçiləcəksə, mütləq bu formada yerli idarəetmə strukturları mütləq seçki ilə formalaşmalıdır”.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım