Modern.az

Azərbaycan bankları niyə xaricdən 10 fazilə aldığı krediti ölkədə 18-20 faizlə verir?

Azərbaycan bankları niyə xaricdən 10 fazilə aldığı krediti ölkədə 18-20 faizlə verir?

9 İyun 2010, 10:55

Azərbaycanda kommersiya bankları tərəfindən verilən kredit vəsaitlərinin faiz dərəcəsi çox yüksəkdir. Hazırda kredit dərəcələrinin ən aşağı həddi 18-20 faiz arasında dəyişir. Belə məlumatlat var ki, Azərbaycanın bir sıra kommersiya bankları xarici banklardan aşağı fazilə götürdüyü krediti Azərbaycanda bir qədər yüksək faizlə verməklə buradan qazanırlar.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri  Vüqar Bayramov da təsdiq edir ki, Azərbaycanın  kommersiya bankları 10 faizlə alınmış krediti 2 dəfə yüksək verir.

“Bu gün Azərbaycan kommeriya bankları üçün “AA” retinqinə malik olmamaq onların problemidir. Azərbaycan banklarının ən yüksək reytinqi “B” reytinqidir. Bu da  xaricdə, xüsusən Avropa, ABŞ-a birbaşa kredit mənbələrinə çıxış imkanları vermir. Ona görə də Azərbaycan kommersiya banklarının xaricdən orta hesabla 5 faizlik kredit almaq imkanı yoxdur. Onlar adətən kreditləri vasitəçilər vasitəsilə alırlar. Yəni Avropada həmin kreditlərin alınması ilə məşğul olan vasitəçilər məhz Azərbaycan kommersiya banklarına kredit almaqda yardım edirlər. Nəticədə yerli banklar xaricdən kreditləri təxminən 10 faizdən almalı olurlar. Baxmayaraq ki, yerli kommersiya banklarının cəlb etdiyi kredit faizləri 10 faizdir, bu ölkədaxili kredit faizindən təxminən 2 dəfə aşağıdır. Təbii ki, 10 faizlə alınmış kreditin 2 dəfə yüksək verilməsi iqtisadi baxımından məqsədəuyğun deyil. Bu iqtisadi baxımından əsaslandırıla bilməz”.

Bankların kredit siyasəti qüsürludur

İqtisadçı Vüqar Bayramov hesab edir ki, problemli kreditlər məbləğinin hər ay əvvəlki aya nisbətən  artmasına səbəb Azərbaycan kommersiya banklarının kredit faizini müəyyənləşdirən zaman qısa müddətdə  daha çox gəlir əldə etmək istəyidir:

“Bunun da nəticəsidir ki, məhz problemli kreditlərin məbləği 365 milyon manata  çatıb. Dünyanın heç bir yerində kommersiya bankları aldığı krediti 2 dəfə artıq faizlə təklif etmir”.

V.Bayramovun sözlərinə görə, 10 faizlə alınan kreditlərin 20 və daha artıq faizlə verilməsi ondan xəbər verir ki, kommersiya banklarının kredit siyasəti kifayət qədər qüsürludur:

“Bu gün Azərbaycan kommersiya bankları 95 faiz kreditlərini Mərkəzi Bankdan kənar mənbələrdən formalaşdırır. Kommersiya banklarının kredit siyasəti daha çox qısa müddətli dövrdə daha çox gəlir əldə etməyə yönəlib. Bunun da nəticəsində bir sira kommersiya bankları geri qaytarıla bilməyən kreditlər səbəbindən öz fəaliyyətlərini faktiki olaraq dayandırmaq məcburiyyətindədirlər”.

ÜTT-yə üzvlük bəzi bankları sıradan çıxara bilər

V.Bayramov qeyd edir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması kommersiya banklarının fəaliyyətini dayandırmaq anlamına gəlmir: “ÜTT-yə üzv olmaq bank sektorunda rəqabətin artmasına  gətirib çıxaracaq. Sadəcə ÜTT-yə üzv olmaq bu gün sürünən kommersiya banklarının sıradan çıxmasına gətirib çıxardacaq”.

V.Bayramov deyir ki, ÜTT-nın bir sıra şərtlərini Azərbaycan qəbul etmir, eləcə Azərbaycanın irəli sürdüyü şərtlər ÜTT tərəfindən qəbul edilmir. “Bəlkə bu qəbul olunmazlıq obyektiv olaraq Azərbaycanın ÜTT-yə üzvlüyünü yubadır. Artıq 13 ildir ki, Azərbaycan ÜTT-yə üzvlüklə bağlı danışıqlar aparır. Digər subyektiv səbəblər onunla bağlıdır ki, Azərbaycanda bu gün faktiki olaraq bir sıra sahələrdə monoploiya var. Həmin sektorda inhisarçılığı qoruyub saxlamağa çalışan oliqarx qruplar Azərbaycanın ÜTT-yə üzv olmamasında maraqlıdır. Çünki Azərbaycanın ÜTT-yə üzv olması şəffaflığın artması anlamına gələcək. Bu da o deməkdir ki, əgər ölkəyə mal gətirən, ölkədən mal aparan  hər hansı bir şirkət hökümət tərəfindən diskriminasiyaya məruz qalarsa, onun məhsulları ölkəyə buraxılmazsa və ölkədən çıxarılmasına süni maneələr yaradılarsa ,bu zaman həmin şirkətin ÜTT-yə müraciət etmə hüququ var. ÜTT-nin də müvafiq qərar çıxarmaq hüququ var”.

  

Təhminə Paşayeva

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI