Modern.az

Qalmaqallı qanunun bir maddəsi: “O, qəbul olunmazsa, rəsmi Bakı qınağa tuş gələcək”

Qalmaqallı qanunun bir maddəsi: “O, qəbul olunmazsa, rəsmi Bakı qınağa tuş gələcək”

Ölkə

17 Aprel 2014, 12:40

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində cinsi hüceyrənin donorluğu ilə bağlı maddə ciddi fikir ayrılığı var. Qafqaz Müsəlmanları İdarəsi də buna etiraz edərək Komitəyə müraciət edib”. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Modern.az-a belə deyib. Onun sözlərinə görə, qanun layihəsində yeganə problemli məsələ ilə bağlı deputatlar da fərqli fikirdədir. “Bəzi həmkarlarımız deyir ki, bu bənd qanundan çıxarılsın, bəziləri isə onun qalması tərəfdarıdır. Yəni ortaq məxrəc yoxdur. Burada ilk növbədə hökumətin rəyi bilinməlidir. Qafqaz Müsəlmanları İdarəsinin də Komitəyə göndərdiyi məktubda donorluğun İslam nöqteyi-nəzərindən yasaq olduğu göstərilir. Lakin əhalisi müsəlman olan digər postsovet ölkələrində, məsələn, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan qanunvericiliyində donorluq haqda hüquqi müddəa qüvvədədir”.

Deputatın sözlərinə görə, Azərbaycandan 1996-cı ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda cinsi hüceyrənin donorluğu haqda maddə var. Musa Quliyev hesab edir ki, əgər yeni qanunda cinsi hüceyrənin donorluğu haqda müddəa ləğv olunsa, bütün əlaqədar qanunverici aktlar da dəyişməlidir. “Bundan başqa, qanunda donorluqla bağlı hissə çıxarılarsa, bu, geriyə atılmış addım kimi qiymətləndiriləcək. Azərbaycanın daxil olduğu beynəlxalq təşkilatlar da ölkəni qınaq obyektinə çevirəcəklər”.

 

Gültəkin ƏLƏSGƏR

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi