Modern.az

Yaşlı deputatlar yenidən namizədliklərini irəli sürməyəcəklər

Yaşlı deputatlar yenidən namizədliklərini irəli sürməyəcəklər

18 Aprel 2014, 10:22

2015-ci ildə Azərbaycanda yeni parlament seçkiləri keçiriləcək. Məsələyə siyasi yöndən yanaşsaq, V çağırış Milli Məclisə seçkilərə o qədər də zaman qalmayıb. Yenə də ölkədə partiyalar və şəxslərarası rəqabətə, intriqaya söykənmiş siyasi platformalarda “göz oxşayan” parlaq ideyaların yaratdığı atmosfer hökm sürəcək. Yenə də seçkilər ərəfəsində namizdələr “Qarabağı işğaldan azad etməkdən tutmuş Azərbaycanı bütövləşdirməyə qədər” gərəkən bütün addımları atacaqlar. Əslində dünyanın əksər ölkəsində seçki öncəsi namizədlər gündəmdə olmaq, reytinq qazanmaq üçün bütün vasitələrdən istifadə edirlər. Ona görə də seçkiöncəsi yarışı normal qəbul etmək olar. Yuxarıda qeyd etdik ki, seçkilərə o qədər də uzun zaman qalmayıb. İndidən seçkilər və onun nəticələri haqqında müfəssəl proqnoz vermək də olmaz. Ancaq bəzi iddialar, hakimiyyətin mötəbər mənbələrindən mətbuata ötürülən informasiyalardan çıxarılan təhlillərə əsasən, seçkilərdə indiki deputatlardan kimin iştirak edib-etməyəcəyi barədə tezislər irəli sürmək olar.

Bəli, seçkilərə o qədər də uzun zaman qalmayıb. Amma bu gün istənilən deputata yaxınlaşıb növbəti parlament seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyini soruşsanız, cavab birmənalı olacaq: seçkilərə xeyli zaman var, hələ bu barədə düşünməyib, qərar verməyib və s.

Amma o da inanılmazdır ki, bu gün Milli Məclis üzvlərindən kimsə növbəti seçkilərdə deputat mandatı qazanmaq istəyində olmasın. O zaman hörmətli millət vəkilləri bu istəklərini nədən dilə gətirmirlər? Burada siyasi yönü olanları bir qədər başa düşmək olar. Proporsional seçki sistemi mövcud olmasa da hər halda partiya mənsubları öz namizədliklərinin xeyir-duasını da almalıdırlar. Bu, məsələnin başqa tərəfidir.

Deputatlarımızın özləri barədə qərara gələ bilməmələrinin başlıca səbəbi odur ki, onlar müstəqil deyillər. İndiyə qədər yeganə olaraq Sabir Rüstəmxanlı 2015-ci ilə seçkilərində namizədliyini verməyəcəyini bəyan edib və bunu hardasa siyasətin onda yaratdığı gərginliklə əlaqələndirib.

Modern.az saytının əldə etdiyi məlumata görə, indiyə qədər keçirilən seçkilərdən fərqli olaraq növbəti partlament seçkilərində yaşlı deputatların əksəriyyəti namizədliyini irəli sürməyəcək. Onlara məsləhət görüləcək ki, bu haqda düşünməsinlər.
Bu dəfə parlamentin üzvlərinin daha çox orta yaşlılar və gənclərdən ibarət olacağı gözlənilir.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama