Suallarımızı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev cavablandırır
- Qüdrət bəy əvvəlcə istərdik, siz də daxil olmaqla millət vəkillərinin ABŞ-a səfəri barəsində oxucularımızı məlumatlandırasınız.
- ABŞ-a səfər bu dövlətin Azərbaycandakı səfirliyinin təşəbbüsü, Milli Məclisin razılığıyla gerçəkləşdirildi. Səfərə 3 nəfər millət vəkili, 1 nəfər Milli Məclisin əməkdaşı yollanmışdı. Səfərdə əsas məqsəd "Təqsirin etirafı" sazişinin ABŞ hüquq sistemində tətbiqinin öyrənilməsi idi. Yəni, səfər bu institutun tətbiqi ilə bağlı real vəziyyəti təcrübədə, yerində öyrənmək məqsədilə təşkil olunmuşdu. ABŞ Ədliyyə Hazirliyində, Ali Məhkəmədə, federal məhkəmələrdə, ştatın Ali Məhkəməsində olduq, hətta imkan tardıq ki, ömürlük və ölümə məhkum edilmiş, ölüm hökmünü gözləyən məhbusların saxlandığı həbsxanaya da baş çəkək. Hesab edirəm ki, çox maraqlı səfər idi. Azərbaycanın hüquq sisteminin inkişaf etdirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsi çox önəmlidir, belə səfərlər də beynəlxalq təcrübənin öyrənilməsinə çox böyük köməklik göstərir. Bu baxımdan ABŞ səfərini vacib və əhəmiyyətli sayıram.
- Bu arada ABŞ müdafiə naziri Robert Qeyts Azərbaycana gəldi, Eyni zamanda ABŞ prezidenti Barak Obama İlham Əliyevə məktub göndərdi. ABŞ dövlət katibi Hilları Klintonun ölkəmizə səfər edə biləcəyi ilə bağlı məlumatlar yayıldı. Bir müddət öncə ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginliyi nəzərə alsaq, demək olarmı ki, artıq münasibətlər istiləşməyə doğru gedir.
- Doğrudan da Azərbaycanla ABŞ arasında bir soyuqlaşma vardı və bunun da günahkarı məhz Vaşinqton idi. Ona görə ki, ABŞ faktiki surətdə bizim bölgədə sülhə nail olmaq üçün Ermənistana təzyiq etmək əvəzinə təzyiqləri Azərbaycana yönəltmişdi. Hətta çalışırdı ki, məhz işğal faktına görə Ermənistanla sərhədlərini bağlayan Türkiyəni güzəştə getməyə məcbur etsin. Türkiyə Ermənistanla sərhədləri yenidən açsın, türklər ermənilərlə dirlomatik əlaqələr qursun. Əslində ABŞ öz məqsədinə nail olmuşdu, artıq Sürixdə rrotokollar imzalanmışdı. Yalnız Azərbaycanın kəskin etirazından sonra Türkiyə tərəfi geri çəkildi, bəyan etdi ki, Dağlıq Qarabağ rrobleminin həlli istiqamətində müəyyən addımlar atılmadan onlar rrotokolları ratifikasiya etməyəcək. Azərbaycanla ABŞ-ın münasibətlərinin korlanmasının kökündə dayanan da məhz bu amil idi. ABŞ Azərbaycana müəyyən təzyiqlər göstərdi, ancaq gördü ki, bu cəhdlərin heç bir faydası yoxdur. Eyni zamanda fərqinə vardılar ki, Azərbaycanla münasibətlərin korlanması ABŞ-ın maraqlarına cavab vermir. Məhz bunu anlayandan sonra münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmağa başladılar. Bildiyiniz kimi təzyiq formalarından biri də səfirin təyin olunmamasıydı; lakin artıq Metyu Brayzanın səfir kimi namizədliyi Azərbaycan tərəfinə təqdim olunub. Xarici İşlər Hazirliyinin verdiyi məlumata görə, Azərbaycan tərəfi də öz razılığını verib. Bundan sonra baş verənlər ABŞ-ın reallıqları anladığının göstəricisi sayıla bilər. ABŞ demokratiyanın inkişafına töhfə vermək istəyirsə, ölkəmizlə yaxından əməkdaşlıq etməlidir. Xüsusilə Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutmalıdır, işğalçı Ermənistana təzyiq göstərməlidir, daha Azərbaycana yox... - Türkiyə ilə Azərbaycanın nəhayət ki, qaz anlaşmasına imza ata bilməsi ilə bağlı fikilərinizi öyrənmək maraqlı olardı.
- Bu anlaşmanın əldə edilməsini çox yüksək qiymətləndirirəm. Buna baxmayaraq hesab edirəm ki, indi Azərbaycan cəmiyyətində bir eyforiya var. Eyforiya onunla bağlıdır ki, baxın, Türkiyə Ermənistanla sərhədləri açmadı, biz də bunun müqabilində onlara güzəştli qiymətlərlə qaz satdıq. Mən məsələlərə bir az fərqli yanaşıram, düşünürəm ki, Azərbaycan tərəfi qardaş ölkədən müəyyən tələblərdə bulunmalıdır. Tələb ondan ibarət olmalıdır ki, Türkiyə Ermənistanla hər cür əlaqəni kəssin. İndi ortada olan reallıq budur ki, Azərbaycan müharibə vəziyyətində olan ölkədir, bizim Türkiyənin dəstəyinə çox böyük ehtiyacımız var. Bizə əlavə maliyyə resursları da lazımdır. Əgər Azərbaycan müharibə vəziyyətində ola-ola güzəştə gedirsə, bu güzəştin müqabilində Türkiyədən də nələrisə istəməlidir. Məsələn, biz Türkiyədən soruşmalıyıq ki, niyə Ermənistanla iqtisadi-ticari əlaqələr davam edir? Hiyə Türkiyə ilə İsrail arasında təyyarə reysləri dayana bilir, ancaq Ermənistanla yox. Axı bizim minlərlə şəhidimiz var. Bunu demək lazımdır. Düz sözün deyilməsi qardaşlığa xələl gətirən bir şey deyil.
- Yeri gəlmişkən siz parlamentdəki son çıxışlarınızdan birində Türkiyə ilə Azərbaycan arasında viza reyiminin ləğvi təklifi ilə çıxış etmişdiniz. Sizcə nədən viza reyiminin ləğv olunması ilə bağlı razılıq əldə edilmir?
- Viza reyiminin ləğvi ilə bağlı müqavilənin imzalanmaması çox təəssüfləndirici haldır. Açığı mən anlaya bilmirəm ki, bu problem niyə həll olunmur? Rusiyayla Türkiyə viza reyimini ləğv edib, ancaq Azərbaycanla Türkiyə arasında viza reyimi saxlanılır. Ümumiyyətlə Azərbaycan-Türkiyə münasibətlərində başa düşülməyən və təbii ki, bizim qəbul edə bilmədiyimiz bir çox məqamlar var. Amma yenə deyirəm, imzalanan sənədlər münasibətlərin daha yaxşı səviyyədə qurulmasına öz töhfəsini verəcək. Bir məqamı da qeyd edim ki, Milli Məclisin dünən (srağagün-red.) qəbul etdiyi Hərbi Doktrinada Ermənistanın təcrid olunması istiqamətində fəaliyyətin ararılmasının zəruriliyi qeyd edilib. Bu baxımdan Azərbaycan çalışmalıdır ki, Türkiyə Ermənistanla əlaqələri kəssin. Biz necə İsrail məsələsində Türkiyəyə dəstək veririksə, bundan sonra da verəcəyiksə, onlar da çalışmalıdır ki, Qarabağ məsələsinə ən azı İsrail məsələsi qədər önəm versinlər. - Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Seçki müddətinin azaldılması ilə bağlı dəyişiklik hesab edirəm ki, çox normaldır. Mən özüm əvvəllər dəfələrlə müddətin azaldılması təklifini irəli sürmüşəm. Ancaq təbliğat müddətinin azaldılmasının əleyhinəyəm. Müzakirə zamanı da öz fikirlərimi səsləndirdim; elə etmək olardı ki, bu müddət 27 gündən 24 günə düşməsin. Faktiki surətdə təbliğat müddəti 4 gün azalır. 4 gün elə də böyük vaxt deyil, ancaq hər halda təbliğat müddətinin azaldılması ciddi söz-söhbətlərə səbəb olacaq. Əslində bu müddəti bir qədər də artırmaq olar, hətta əvvəlki müddətdən də artıq etmək mümkündür. Digər tərəfdən bilirsiniz ki, 30 gün qalmış imza vərəqələri təhvil verilməlidir. Mən bu təklifi iclasda da səsləndirdim ki, namizəd imza vərəqələrini verən kimi təbliğata başlamalıdır, bu məqam qanunvericilikdə öz əksini tarmalıdır. Bu, ona şərait yaradacaq ki, namizədlər imzaları daha tez torlamağa səy göstərəcəklər. Belə olduğu halda bəzi namizədlərin təbliğatla məşğul olmaq üçün bir aydan da çox vaxtı olacaq. İnsanlar gözləməyəcək ki, axırıncı gün imza vərəqələrini təqdim etsinlər. Əks arqument kimi Səyavuş Hovruzov bildirdi ki, bu vətəndaşların qanun qarşısında bərabərliyini pozur. Amma mən də fikirimdə qaldım ki, hamıya bu hüquq tanındığından vətəndaşların qanun qarşısında bərabərliyinin rozulmasından söhbət gedə bilməz. Hamıya hüquq tanınır ki, seçki fonduna 500 min manat vəsait toplasın. Amma hamı eyni miqdarda vəsait toplamayacaq ki? Biri 5 min, 10 min, o biri 30, 50 min vəsait torlayacaq. Ancaq hüquq hamı üçün tanınır axı... Burada da hüquq hamı üçün tanınır ki, sən imzaları nə qədər tez versən, bir o qədər də tez təbliğata başlaya bilərsən. Əslində seçki kampaniyası bir rəqabət deməkdir. Rəqabət prinsirinin qorunmasına, inkişafına da şərait yaratmaq lazımdır. Hiyə mən qeydə alınandan sonra digər namizədlərin qeydə alınmasını gözləməliyəm? Seçki özü yarışdır və seçkinin hər bir mərhələsində yarış haqqı tanınmalıdır. Dəyişikliklərdə bir maraqlı məqam da qeydə alınan namizədlərin hesabına pul köçürülməsinin aradan qaldırılmasıdır. Dəyişiklikləri hazırlayan Yeni Azərbaycan Partiyasının iddiası bundan ibarətdir ki, bir çox adamlar 200 manatı almaqdan ötrü namizədliklərini irəli sürürlər. Sonradan isə pulları qaytarmırlar, bu pulu onlardan almaq da müşkülə çevrilir. İndiki halda nə pul verilmir, nə də geri alınmır. Mən dedim ki, bu təkliflə məmnuniyyətlə razılaşmaq olar. Onsuz da 200 manatla təbliğat ararmaq, iş qurmaq mümkün deyil. Amma referendumla bağlı məsələ qüvvəsində saxlanılmalıdır. Çünki referendum ölkənin ən mühüm hadisələri ilə bağlı keçirilir. Dövlətin özü şərait yaratmalıdır ki, həm referendumun leyhinə, həm də əleyhinə olanlar cəmiyyətə öz fikirlərini çatdıra bilsinlər. Fikirlərimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsilə bağlı təklifləri seçki prosesinə ziyan vuran təkliflər deyil. Amma bu təkliflərdə bütün məsələlər tam əhatə olunmayıb. İndi biz bilmirik ki, plenar iclasa qədər təkliflərdə dəyişilik ediləcək, ya yox. Ancaq hər halda Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qərar verilib və yaxın günlərdə plenar iclasın müzakirəsinə çıxarılacaq.
Modern.az