Modern.az

Əsir, itkin və girov azərbaycanlıların sayı 4090 nəfərə enib

Əsir, itkin və girov azərbaycanlıların sayı 4090 nəfərə enib

Ölkə

10 İyun 2010, 11:58

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2010-cu il yanvarın 1-dən iyunun 1-dək keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərdən 47 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Modern.az-ın məlumatına görə, bu barədə  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupundan xəbər verilib.

Həmin şəxslərdən 15 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 17 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 12 nəfərin isə siyahılardan təkrar keçdiyi, 3 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilib. Beləliklə, 1 iyun 2010-cu il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4090 nəfər təşkil edir. Onlardan 3297 nəfər hərbçi, 787 nəfər mülki şəxslərdir. 6 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 48 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 252 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (151 nəfər qadın). Əsir, itkin düşmüş 4090 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Əsir və girovluqdan 1397 nəfər azad edilib. Onlardan 343 nəfər qadın, 1054 nəfər kişidir. Eyni zamanda əsir və girovluqdan azad edilənlərin 169 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri yaşlı şəxsdir (112 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI