Modern.az

Alt paltarına vurulmaq

Alt paltarına vurulmaq

Ədəbiyyat

20 Aprel 2014, 13:05

Orxan İsmayıl

-Sevginin pulla satılmadığını düşünənlər, bunun üçün pulu kifayət etməyənlərdir.

-Yaşamamaq üçün səbəb axtarırdım, tapdım da. Təəssüfki, yuyunanda su ilə axıb getdi.

-Qara dərili insanların daha çox bədbəxt həyat tərzi keçirmələrinin səbəbi, onlara ağlamağın daha yaxşı yaraşmasıdır.

-Qanunlar ən böyük vicdansızlığa səbəb olur. Qocalıqdanmı, tənhalıqdanmı, aclıqdanmı tir-tir əsən qarının məndən pul istəməsinə cavab olaraq “burda dilənmək qadağandır” söylədiyimə qədər vicdanlı olduğumu düşünürdüm.

-Hərdən fikirləşirəm ki, təkcə bunu bacarıram.

-Bəzi qadınlar üçün özlərindən savayı 2 növ canlı məlumdur: bitkilər və kişilər.

-Üçüncü dünya müharibəsinin başlamasını gözləməyin. Bu çoxdan baş verib.

-Kişilərdə qadın alt paltarına vurulmaq sindromu var.

-Yalnız müasirliklə, dəblə ayaqlaşmağı sevən birisi 80-ci illərin çaxırını məmuniyyətlə içərdi.

-Biz insanlar xoşbəxtliyi ilahi cəhdlə tapmağa çalışan bədbəxtlər yığınıyıq.

-Vətənpərvər olaq, etirazım yoxdur. İnsanpərəst olmaq şərti ilə.

-“Bir gün dünya dağılacaq” deyənlər, Yer kürəsinin dünya olmadığını anlayın.

-Dünyamızın vicdanşünaslıq elminə ehtiyacı olduğunu düşünürəm. Bu elm üçün tədris vəsaitləri elə insanların özləri olsa, əla olardı.

-Həyat 3 təbəqənin üzərində qurulub: Ağılsız vicdanlılar, rəhmsiz zənginlər və xudpəsənd səfehlər.

-Təbiətdən zövq alırdım, həyatı sevməyə başlayırdım, bu gözəlliyi qarış-qarış gəzərdim, ayaqqabılarım dar olmasaydı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi