Modern.az

Elçin Şıxlı: “Rauf Mirqədirovun hüquqlarının müdafiəsi ilə bağlı işlər görüləcək”

Elçin Şıxlı: “Rauf Mirqədirovun hüquqlarının müdafiəsi ilə bağlı işlər görüləcək”

21 Aprel 2014, 11:26


“Məndə Rauf Mirqədirovun ailəsinin Azərbaycana gəlib-gəlməməsi ilə bağlı məlumat yoxdur. Amma onların Türkiyədən çıxdığını bilirəm”.
Bunu Modern.az-a “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib. O bildirib ki, R.Mirqədirovun hüquqlarının müdafiəsi ilə bağlı işlər də görüləcək.

“Amma onun dövlətə xəyanət etməsi ilə bağlı rəsmi şəkildə heç bir bəyanat verilməyib. Biz onun hüquqlarının müdafiəsi istiqamətində işlər görəcəyik”, -deyə E.Şıxlı söyləyib.

Qeyd edək ki, “Ayna-Zerkalo”nun siyasi şərhçisi R. Mirqədirov Türkiyədən deportasiya olunub. Vəkili Fuad Ağayevin bildirdiyinə görə, Azərbaycanda həbs olunan jurnalistə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

R. Mirqədirov 2010-cu ildən Türkiyədə yaşayır. Bu ilin aprelin 8-dən onun akkreditasiyası  dayandırılıb.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi