Modern.az

Milli Məclis mayın 2-də toplanacaq

Milli Məclis mayın 2-də toplanacaq

22 Aprel 2014, 17:27


Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub. Milli Məclisdən Modern.az-a verilən məlumata görə, parlamentin növbəti iclasın iclası may ayının 2-də baş tutacaq. Növbəti iclasın gündəliyinə isə 12 məsələ daxildir. Plenar iclasda İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrinə dəyişikliklər, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılığa mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, Yaşıllıqların mühafizəsi haqqında”, “Dövlət reyestri haqqında” qanunlara dəyişikliklər və bir sıra sənədlər müzakirə olunacaq.  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama