Modern.az

Bu əti Bakıda camaata yedirtmək istəyirmişlər - FOTOLAR

Bu əti Bakıda camaata yedirtmək istəyirmişlər - FOTOLAR

İqtisadiyyat

23 Aprel 2014, 12:03

Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına və nazirliyin tədbirlər planına uyğun olaraq aprelin 22-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti reyd keçirib. Modern.az saytı xəbər verir ki, reyd zamanı Sabunçu rayonunun Balaxanı qəsəbəsi Sarabski küçəsi 22-də yerləşən qeyri-qanuni fəaliyyət göstərən emal sexində 1200 kq, Abşeron raonu Quşçuluq massivindəki (Azbentonat zavodunun yaxınlığı) həyət evində 300 kq və Nizami rayonu Keşlə qəsəbəsindəki şəxsi həyət evində daha 300 kq toyuq  ətinin qanunsuz təkrar emal edildiyi, ətin sümükdən çıxarıldığı,  baytarlıq-sanitariya qaydalarına uyğun olmayan və lazımi temperatur rejiminə əməl edilmədiyi yerdə saxlandığı aşkar edilib. Bu məhsulların mənşəyinə dair heç bir müşayiətedici sənəd olmayıb.

Hər üç sexin məhsulundan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
“Qeyd etməliyik ki, Nizami rayonu Keşlə qəsəbəsindəki şəxsi həyət evində aşkarlanan 300 kq toyuq budu akt əsasında müsadirə olunaraq soyuducuda saxlanmaq üçün götürülüb. Digər məhsulların saxlanıldığı yerlər möhürlənib, emal sexlərinin fəaliyyəti dayandırılmış və aşkar edilən məhsulların satışı qadağan edilib”-deyə Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbrəi Yolçu Xanvəli bildirib.  

Müayinələrin nəticəsindən asılı olaraq reyd zamanı aşkarlanmış toyuq ətlərinin qanunvericiliyə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.  Reydin uğurlu alınmasında Daxili İşlər Nazirliyinin Karantin Tədbirlərini Təmin Edən Əlahiddə Polis Taboru yaxından iştirak edib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu istiqamətdə reydlərini mütəmadi davam etdirməyi nəzərdə tutur.













Modern.az
 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım