Modern.az

Aprelin 20-də keçirilmiş sınaq imtahanlarının cavabı bu gün açıqlanacaq

Aprelin 20-də keçirilmiş sınaq imtahanlarının cavabı bu gün açıqlanacaq

24 Aprel 2014, 11:00

“Sınaq imtahanlarının cavablarının bu gün açıqlanması nəzərdə tutulur”.

Bunu Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Qeyd edək ki, TQDK aprelin 20-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün 24 şəhər və rayonda sınaq imtahanı keçirib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağıstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunub.

 

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi