Modern.az

Azərbaycanda Dövlət mükafatlarına namizədlər təqdim olundu - SİYAHI

Azərbaycanda Dövlət mükafatlarına namizədlər təqdim olundu - SİYAHI

25 Aprel 2014, 13:57

Modern.az saytının məlumatına görə, Dövlət Mükafatları Komissiyası bildirir ki, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2014-cü ilin Dövlət  mükafatlarına aşağıdakı işlər təqdim olunub.

Elm sahəsi üzrə:

1. Elbəy Maqsudov – “Poetik-praktik Azərbaycan dili” – kitab.
Naxçıvan Dövlət Universiteti təqdim edib.

2. Nailə Vəlixanlı, Əli Rəcəbli, Zərifə Dulayeva, Fərhad Cabbarov, Rəna Səfərova, Sənubər Qasımova, Afət Rüstəmbəyova, Sevinc Vahabova, Səbuhi Əhmədov, Məmməd Məmmədov, Nasir Quluzadə, Gülzadə Abdulova, Xədicə Əsədova – “AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının 2000-2013-cü  illərdə çap olunmuş kataloq və kitab-albomları”.
Azərbaycan Milli Elmlər Akademiyasının – Milli Azərbaycan Tarixi Muzeyi təqdim edib.

3. Tofiq Nağıyev – “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” və “Nağıyev effekti” – atmosfer azotunun hidrogen peroksid vasitəsilə fiksasiyası” – monoqrafiya.
Azərbaycan Milli Elmlər Akademiyasının M.Nağıyev adına Kimya Problemləri İnstitutu təqdim edib.

4. Vaqif Quliyev – “Yeni funksional fəzalarda harmonik analizin operatorları” - elmi nəşrlər silsiləsi.
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu təqdim edib.

5. Hətəm Quliyev, Surxay Əkbərov, Rəşid Cavanşir – “Kompozit materiallar və geoloji mühit mexanikasının müasir elmi əsaslarının yaradılması, elm və texnikanın müxtəlif sahələrində tətbiqi” – elmi nəşrlər silsiləsi.
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutu təqdim edib.

6. Fuad Məmmədov – “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” – monoqrafiya.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təqdim edib.

7. Ziyad Səmədzadə - “Azərbaycanın iqtisadi inkişafı və onun səmərəliliyinin yüksəldilməsi problemlərinin kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlər”.
Azərbaycan İqtisadçılar İttifaqı təqdim edib.

8. Solmaz RüstəmovaTohidi – “Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” – silsilə kitablar.
“Xəzər” Universiteti təqdim edib.

9. Qurban Yetirmişli, Fəxrəddin Qədirov – “Azərbaycan ərazisində seysmik və geodinamik aktivliyin monitorinq sisteminin yaradılması və nəticələr” – elmi nəşrlər silsiləsi.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi təqdim edib.

10. Elçin Əhmədov – “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” – kitab.
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyəti təqdim edib.

11. Nəsir Əhmədli – “Jurnalistin nitq mədəniyyətinin əsasları” - kitab.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti təqdim edib.

12. Əsgər Zeynalov – “Hüqo” – kitab.
Azərbaycan Dillər Universiteti təqdim edib.

13. Nadir Süleymanov – “Вероятность, целые функции и оценки типа Вимана-Валирона  для эволюционных уравнений”- monoqrafiya.
Sumqayıt Dövlət Universiteti təqdim edib.

14. Nigar Ələkbərova – “Siyasi elmin müasir problemləri” – monoqrafiya.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu təqdim edib.

15. Yaqub Mahmudov, Cəbi Bəhramov, Ədalət Qasımov, Leyla Hüseynova – “Heydər Əliyev irsinin araşdırılmasına həsr olunmuş silsilə əsərlər”.
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu təqdim edib.

Texnika sahəsi üzrə:

Abel Məhərrəmov, Məhəmmədəli Ramazanov – “Müasir çeviricilər texnikası üçün yeni nanomaterialların alınması və tətbiqi”.
Bakı Dövlət Universiteti təqdim edib. 

Memarlıq sahəsi üzrə:

Elbay Qasımzadə, Akif Abdullayev, Nazim Vəliyev, Fəxrəddin Miralay – “Şəhidlər  Xiyabanında yerləşən “Əbədi Məşəl” türbəsi”.
Azərbaycan Memarlar İttifaqı təqdim edib.

Mədəniyyət sahəsi üzrə:

1. Əli Əmirli, Azər Paşa Nemətov, Siyavuş Kərimi, Fuad Poladov – “Şah Qacar” – pyes.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təqdim edib.

2. Ramiz Quliyev – “Beynəlxalq simpozium və festivallarda geniş və uğurlu yaradıcılıq fəaliyyəti, xüsusən də son illər dünyanın aparıcı simfonik, kamera və digər orkestrləri ilə böyük müvəffəqiyyətlə həyata keçirdiyi konsert-ifaçılıq layihələri”.
Azərbaycan Musiqi Xadimləri İttifaqı təqdim edib.

3. Fərhad Bədəlbəyli, Oqtay Rəcəbov, Gülnar Abdullazadə, Oqtay Abbasquliyev, Nərminə Quliyeva, Yeganə Axundova – “Fortepianoda çalmaq üçün dərslik və dərs vəsaitləri toplusu”.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası təqdim edib.

4. Nizami Məmmədov, Vilayət İsmayılov, Əbülfəz Babazadə - “Культура устойчивого развития: от идеи к реальности” - kitab.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi təqdim edib.

5. Oqtay Sadıxzadə - “Azərbaycan təsviri sənətinin inkişafında xidmətləri”.
Azərbaycan Rəssamlar İttifaqı təqdim edib.

Ədəbiyyat sahəsi üzrə:

Elmira Axundova – “Heydər Əliyev. Şəxsiyyət və zaman” – 6 cildlik.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu təqdim edib.

Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədi ilə idarə və təşkilatlardan, ictimai və  yaradıcı birliklərdən xahiş olunub ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi