Modern.az

Azərbaycanda valideyni olmayan 470 tələbə təhsilhaqqından azad edilib

Azərbaycanda valideyni olmayan 470 tələbə təhsilhaqqından azad edilib

Ölkə

25 Aprel 2014, 16:57


Ötən il “Təhsil haqqında” qanuna edilmiş dəyişikliyə görə Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.

Təhsil Nazirliyi Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, belə tələbələrin sayı 470 nəfərdir:

“2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir. Onların təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Misranə Həsənzadə

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi