Modern.az

Nyu-York meri Türkiyə səfirinə qarşı kobudluq etdi

Nyu-York meri Türkiyə səfirinə qarşı kobudluq etdi

Təhsil

28 Aprel 2014, 16:10


Nyu-York şəhərinin meri Bill De Blazio Türkiyənin səfirinə qarşı kobudluq edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkdaki erməni icması şəhərin mərkəzindəki Times meydanında “erməni soyqırımı”nın 99 illiyi ilə bağlı banner yerləşdirmək istəyib. Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç məsələ ilə bağlı Nyu-York meri Bill De Blazioya müraciət edərək bannerin yerləşdirilməsinə əngəl olmağa çağırıb. Lakin mer Türkiyə səfirinə kobud bir şəkildə rədd cavabı verib: “Bura Amerikadır, Türkiyə deyil və mənə türk diplomatlarının məsləhəti lazım deyil”. Banner artıq 3 gündür Times meydanında quraşdırılıb.

 

Vüqar İsmayılov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!