“Azərbaycan məhkəmələrinin hansı qayda, məntiqlə işlədiyini mən hələ bilmirəm”.
Bunu Modern.az-a Müsavat Partiyası Başqanın müavini Gülağa Aslanlı bildirib. "İndiyə qədər məhkəmələrdə bir məntiq, ardıcıllıq görmədiyimə görə dəqiq heç nə deyə bilməyəcəyəm. Hər halda bu gün saat 12-də 1 saylı Bakı Şəhər İnzibati-İqtisadi Məhkəməsində iddiamıza baxılacaq. Məhkəmənin qərarından sonra dəqiq nəsə bilərik”.
Partiyanın başqanlığına namizədlə bağlı isə G. Aslanlı danışmaqda həvəsli olmayıb: “Nə qədər ki, qurultaya yer verilməyib, qurultayın vaxtı müəyyənləşməyib başqanlığa namizədliklə bağlı da nəsə deyə bilmərik. ”Qeyd edək ki, Müsavat Partiyası dəfələrlə Bakı Şəhər İcra HAkimiyyətinə müraciət etsə də, BŞİH bu siyasi quruma 800-1000 nəfərin iştirak edə biləcəyi məkan verməkdən imtina edib. Partiyaya bir neçə yer təklif olunub. Lakin bu yerlərin heç biri tutum baxımından müxalif siyasi qurumu razı salmayıb.
Ayşən Mönsümlü