Modern.az

“Nazirlər Kabinetində “Tibbi sığorta haqqında” Qanunla bağlı işçi qrup yaradılıb”

“Nazirlər Kabinetində “Tibbi sığorta haqqında” Qanunla bağlı işçi qrup yaradılıb”

30 Aprel 2014, 11:59


“Nazirlər Kabinetində işçi qrupu yaranıb. “Tibbi sığorta haqqında” Qanun artıq işlək vəziyyətə gətiriləcək”. Bunu Modern.az-a açıqlamasında Musa Quliyev deyib. “Ölkənin bütün regionlarını əhatə edən, vətəndaşların səhiyyə xərclərini qarşılaya bilən, vətəndaş-səhiyyə arasında maliyyə əlaqəsini yarada biləcək yetkin sığorta şəbəkəsinin olması vacibdir. Düşünürəm ki, pilot layihə gələn ildən tətbiq olunacaq”.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” Qanun 1999-cu il oktyabrın 28-də qəbul olunsa da, hələ də icra olunmur. Aprelin 22-də Prezident “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklərə dair sənədi imzalayıb.

 

Gülşən Raufqızı

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama