Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. Abituriyentlər nəticələrlə TQDK-nın internet saytı vasitəsilə (//eservices.tqdk.gov.az/netsinaq/) və 7727 nömrəsinə SMS göndərməklə tanış ola bilərlər.
Qeyd edək ki, TQDK ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də Bakı, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Sumqayıt, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Masallı, Quba və
Şabran şəhərlərində ümumilikdə 68 binada sınaq imtahanları keçirib.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48293 abituriyent qeydiyyatdan keçib.
Misranə Həsənzadə