Çempionlar Liqasının ikinci yarımfinal oyununda Londonda “Çelsi” ilə qarşılaşan Madridin “Atletiko” klubu 3:1 hesabı ilə qalib gələrək finala çıxıb. Finalda “Atletiko”nun rəqibi Madridin digər klubu “Real” olacaq. Modern.az xarici KİV-ə istinadən bildirir ki, “Atletiko” ilk dəfə Çempionlar Liqasının finalında oynamaqla tarixə düşüb. Bununla belə, bu komandanın “Real”la qarşılaşması da Çempionlar Liqasında bir tarix olacaq. Belə ki, indiyədək Avropanın ən titullu kubokunu qazanmaq uğrunda finalda heç vaxt bir ölkənin eyni şəhərinin iki komandası qarşılaşmayıb. “Atletiko” ilə “Real”ın finala çıxması yeni bir tarix olub.
Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 24-də Lissabonda keçiriləcək. "Atletiko"nun sponsoru "Baghlan Group" şirkətinin sahibi Hafiz Məmmədovdur. Bundan başqa komanda Gənclər və İdman Nazirliyi ilə olan müqaviləyə əsasən, 2015-ci ildə keçiriləcək I Bakı Yay Olimpiya Oyunlarını reklam edir. Bu öhdəliyinə görə "Atletiko" ilə 15 milyon dollarlıq müqavilə imzalanıb.
Modern.az