Modern.az

Türkiyədə erməni qızı haqda film çəkilib

Türkiyədə erməni qızı haqda film çəkilib

1 May 2014, 13:42


Türkiyəli aktrisa və rejissor Dərya Durmazın “Tsiatsan” adlı qısametrajlı filminin Parisdə Cənub-Şərqi Avropa Kinofestivalı çərçivəsində premyerası olacaq. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İstanbuldakı “Giyotin Film” kino şirkətinin istehsalı olan 15 dəqiqəlik filmin ssenarisini prodüser və kino tənqidçisi Əminə Yıldırımındır. Filmdə 4 yaşlı erməni qızı Tsiatsanın Türkiyədən hədiyyə kimi gətirilən şokoladdan daha çox əldə etmək üçün dayısının maşının yük yerində gizlənməsindən bəhs olunur. Filmin ilk premyerası Parisdə keçirildikdən sonra mayın 5-dən 10-dək İraqda – Ərbil beynəlxalq kinofestivalında nümayiş etdiriləcək. Sonra filimin Almaniyaya aparılaraq Hamburqdakı “Mo&Friese” qısametrajlı uşaq kinofestivalında nümayişi planlaşdırılır. Filmin son nümayişi iyunun 6-dan 15-dək Portuqaliyanın Setubal şəhərində keçiriləcək Festorii Beynəlxalq kinofestivalında olacaq.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi