Modern.az

Ali məktəblərə qəbul üçün sənəd vermiş şəxslərin sayı azalıb – Son beş ilin STATİSTİKASI

Ali məktəblərə qəbul üçün sənəd vermiş şəxslərin sayı azalıb – Son beş ilin STATİSTİKASI

1 May 2014, 14:13

2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün 97.307 abituriyent sənəd verərək ərizəsini təsdiqlədib.Həmin abituriyentlərin 88.549-u – Azərbaycan, 8758-i – rus bölməsinin abituriyentləridir.

Deməli, bu il keçən illə müqayisədə ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında azalma var. Belə ki, ötən il (2013-2014-cü tədris ili üzrə) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 102.034 abituriyent sənəd verib.

Modern.az-ın apardığı araşdırma zamanı son beş ilin ümumi statistikasından məlum olub ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı getdikcə azalır. Belə ki, 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 115.855 nəfər sənəd verib. Onlardan 103.714 nəfəri – Azərbaycan, 12.141 nəfəri – rus bölməsi üzrə isə sənəd verib.

2011-2012-ci tədris ilində 110.423 nəfər ərizəsini təsdiqlədib ki, onlardan 99.190-ı – Azərbaycan, 11233-ü – rus bölməsinin abituriyentləri olub.

2012-2013-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı 101.528 nəfər təşkil edib. Onlardan 91089-u – Azərbaycan, 10439-u isə rus bölməsinin abituriyentləri olub.

 

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi